reklam
Onlar dünyanın ən bahalı hücumçularıdır -
Sportfm.az xəbər saytı

Onlar dünyanın ən bahalı hücumçularıdır -SİYAHI


Dünya futbolunun ən bahalı hücumçusunun adına aydınlıq gəlib.
Sportfm.az xəbər verir ki, bu ada Norveç millisinin və “Mançester Siti”nin forvardı Erlinq Haland sahibdir.

Onun transfer dəyəri 220 milyon avro qiymətləndirilir. Siyahıda ikinci yeri Fransa millisinin və “Real”ın hücumçusu Kilian Mbappe tutur. 27 yaşlı futbolçunun bazar dəyəri 200 milyon avrodur.

İlk üçlüyü isə “Atletiko”nun argentinalı hücumçusu Xulian Alvares tamamlayır. Onun transfer dəyəri 110 milyon avro təşkil edir.

Ən bahalı 10 hücumçu arasında həmçinin, Joao Pedro (“Çelsi”), Osman Dembele (PSJ), Aleksander İsak (“Liverpul”), Lautaro Martines (“İnter”), Huqo Ekitike (“Liverpul”), Benjamin Şeşko və Mateus Kunya (hər ikisi “Mançester Yunayted”) yer alıblar.

Oxşar xəbərlər

Onlar dünyanın ən bahalı futbolçularıdı - SİYAHI
A Seriyasının ən bahalı futbolçuları - SİYAHI
Premyer Liqada klubların dəyəri nə qədərdir?
Ən bahalı futbolçular açıqlandı: Ronaldo 70-cidir
Dünyanın ən bahalı futbolçuları - TOP 10

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər