reklam
2027/28 lisenziyalaşdırma mövsümünün açılış iclası keçirildi
Sportfm.az xəbər saytı

2027/28 lisenziyalaşdırma mövsümünün açılış iclası keçirildi


AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində 2027/2028 lisenziyalaşdırma mövsümünə həsr olunmuş açılış iclası keçirilib.

Sportfm.az xəbər verir ki, İclasda AFFA-nın əməkdaşları, Misli Premyer Liqası, 1-ci və 2-ci Liqa, eləcə də Qadınlar Super Liqasında çıxış edən klubların nümayəndələri iştirak ediblər.

Lisenziya və Qeydiyyat departamentinin rəisi Seymur Səlimli iclası açaraq klublara yeni lisenziyalaşdırma mövsümündə uğurlar arzulayıb.

İclasda ötən mövsümün icmalı, Lisenziya və Qeydiyyat departamentinin yenilənmiş təşkilati strukturu, rəsmi sənədlərdə və lisenziyalaşdırma qaydalarında edilən dəyişikliklər, həmçinin, klubların növbəti mərhələdə atmalı olduqları addımlarla bağlı təqdimatlar keçirilib.

Tədbirin sonunda klub nümayəndələrinin sualları cavablandırılıb.

Oxşar xəbərlər

Klub nümayəndələri ilə onlayn görüş keçirilib
AFFA-da Lisenziyalaşdırma mövsümünün açılış iclası keçirildi
AFFA-da iclas keçirildi - FOTO
Mövsümün açılış iclası keçirildi
AFFA-da 2019-2020 Lisenziyalaşdırma mövsümünün açılış iclası keçirildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər