reklam
Sportfm.az xəbər saytı

"Qəbələ" də məşqlərə başladı


“Qəbələ” 2023/24 mövsümünün 2-ci yarısının hazırlığına start verib.
Sportfm.az xəbər verir ki, Misli Premyer Liqasının 18-ci turunun “Sabah”la oyunundan sonra istirahətə buraxılan “qırmızı-qaralar” bu gün bir araya gəlib.

Komanda qış təlim-məşq toplanışının ilk gününü bir məşqlə yekunlaşdırıb. Baş məşqçi Elmar Baxşıyevin rəhbərliyi altında gerçəkləşən hazırlıq prosesi günün 2-ci yarısına təsadüf edib.

“Qəbələ” toplanış çərçivəsində 2 yoxlama oyunu keçirəcək. “Qırmızı-qaralar” yanvarın 10-da “Kəpəz”, 15-də “Araz-Naxçıvan”la üz-üzə gələcək. Matçların başlama vaxtları ilə bağlı əlavə məlumat veriləcək.

Qeyd edək ki, mövsümün ikinci yarısına yanvarın 21-23-də keçiriləcək 19-cu turun oyunları ilə start veriləcək. “Qəbələ” öz meydanında “Sumqayıt”la qarşılaşacaq.

Oxşar xəbərlər

"Qəbələ"nin qış hazırlıq planı müəyyənləşdi
"Qəbələ" qış toplanışına start verdi
"Qəbələ" Bakıda toplaşacaq
“Qəbələ” klubu qış təlim-məşq toplanışına start verdi
«Qəbələ» Zalsburq toplanışına start verdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər