reklam
Daha bir boksçumuz Avropa çempionudur
Sportfm.az xəbər saytı

Daha bir boksçumuz Avropa çempionudur


Azərbaycan daha bir boksçusu Budvada U-17 Avropa çempionatının qalibi olub.

Sportfm.az xəbər verir ki, bu dəfə fəxri kürsünün ən yüksək pilləsinə Məhəmmədəli İstamov (57 kq) qalxıb.

O, finalda Con Elamı (İngiltərə) məğlub edib – 4:1 (29:28, 30:27,28:29, 29:28, 29:28.

Beləliklə, milli komandamız U-17 Avropa çempionatını 8 (2-3-3) medalla başa vurub. İstamovdan öncə Cəmilə Muradlı (57 kq) qızıl, Həsrət Məmmədov (46 kq), İsmayıl Nəsirzadə (52 kq), Səma Abbasova (66 kq) gümüş, Qardaş Rəhimov (54 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) bürünc mükafata sahib olublar.

Çempionatda 40 ölkədən 473 (314 oğlan, 159 qız) idmançı mübarizə aparırdı.

Oxşar xəbərlər

Cəmilə Muradlı Avropa çempionu oldu - UĞUR
5 boksçumuz finalda - Avropa çempionatı
Boksçumuz finalda - Avropa çempionatı
Boksçularımız Avropa çempionatına yollandı
Boksçularımız Avropa çempionatını 8 medalla başa vurdu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər