reklam
“Neftçi”nin məşqçisinə ağır cəza -
Sportfm.az xəbər saytı

“Neftçi”nin məşqçisinə ağır cəza -QƏRAR


AFFA U-15 və U-13 Liqalarında işləyən məşqçilər cəzalandırılıb.
Sportfm.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

AFFA U-15 Liqasında keçirilən “Neftçi” – “Qəbələ” oyununda “ağ-qaralar”ın köməkçi məşqçisi Nakim Vəliyev final fitindən sonra hakimlərə qarşı qeyri-etik ifadələr işlətdiyinə görə qırmızı vərəqə alıb və 7 oyunluq diskvalifikasiya edilib. Həmçinin, onun komandası 1000 manat cərimələnib.

AFFA U-13 Liqasında baş tutan “Alfa” (Zaqatala) – “Aslan” (Zaqatala) matçında isə “Alfa” komandasının baş məşqçisi Rüstəm Məmmədov rəqib komandanın məşqçisinə qarşı fiziki zor tətbiq edərək davaya səbəb olduğu üçün cəzalandırılıb. Ona 5 oyunluq cəza verilib.

Oxşar xəbərlər

AFFA "Səbail"in baş məşqçisinə ağır cəza
Hakimi təhqir edən baş məşqçiyə ağır cəza - Qərar
AFFA baş məşqçiyə 5 oyunluq cəza verdi - QƏRAR
“Qəbələ”nin futbolçusuna ağır cəza - Qərar
“Qarabağ”ın məşqçisinə ağır cəza

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər