reklam
Sabunçuda
Sportfm.az xəbər saytı

Sabunçuda "ustad dərsi" təşkil olundu


Azərbaycan Cüdo Federasiyası (ACF) tərəfindən Sabunçu rayonunda yerləşən 307 saylı tam orta məktəbdə "ustad dərsi" təşkil olunub.
Sportfm.az xəbər verir ki, "ustad dərsi" zamanı milli üzvləri, müxtəlif beynəlxalq yarışların qalibləri Vüqar Talıbov və Ömər Rəcəbli, kata yığmasının cüdoçusu Əmrah Əhmədov müxtəlif fəndləri uşaqlara və yeniyetmələrə nümayiş etdirib.

Uşaqlar və gənclər tatamiyə dəvət olunaraq, göstərilən fəndləri öyrənib və tətbiq etməyə çalışıblar.

Tədbir zamanı iştirakçılar üçün viktorinalar təşkil olunub, cüdo ilə bağlı suallara düzgün cavab verənlərə müxtəlif hədiyyələr təqdim edilib.

Oxşar xəbərlər

Qubada cüdo üzrə master-klas keçirildi
Rüstəm Orucov və Orxan Səfərov ingilislərə dərs keçəcəklər
Cüdoçularımız ustad dərsi keçdi
İdman jurnalistləri üçün ustad-dərsi təşkil olundu
Uşaqlar üçün cüdo dərsi və əyləncə - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər