Cüdoçularımız ustad dərsi keçdi
Beynəlxalq Cüdo Federasiyasının Akademiyasının ekspertləri Azərbaycanda cüdoçu qızlara ustad dərsi keçiblər.
Sportfm.az xəbər verir ki, qurumun təşəbbüsü ilə baş tutan dərslər yeniyetmə və gənclərdən ibarət yığma komandanın üzvləri üçün təşkil olunub.
Ustad dərsi Beynəlxalq Cüdo Federasiyasının Akademiyasının ekspertləri Mesut Kapan və Rio-2016 Yay Olimpiya Oyunlarının qızıl medalçısı Tina Trestinyak tərəfindən keçirilib.
Trestinyak bir sıra cüdo texnikasını, xüsusilə də, beynəlxalq turnirlərdə və Olimpiya Oyunlarında istifadə edərək qalib gəldiyi fəndləri idmançılara nümayiş edib. Olimpiya çempionunun sözlərinə görə, idmançılar sırasında potensialı böyük olan qızlar var və onlar təcrübə toplayaraq, gələcəkdə daha peşəkar idmançı olaraq, beynəlxalq səviyyədə nəticə əldə edəcəklər.
Oxşar xəbərlər
31 məşqçimiz IJF imtahanından keçdi
IJF Akademiyasının ekspertləri Azərbaycanda - Təlim
Dünya çempionatının səfiri azərbaycanlı gimnastlara dərs keçdi - FOTO
İdman jurnalistləri üçün ustad-dərsi təşkil olundu
Leyla Əliyeva yoqa üzrə ustad dərsində iştirak etdi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası