reklam
Uşaqlar üçün cüdo dərsi və əyləncə - FOTO
Sportfm.az xəbər saytı

Uşaqlar üçün cüdo dərsi və əyləncə - FOTO


Bu həftəsonu Heydər Əliyev Mərkəzinin parkında cüdo üzrə dərs və uşaqlar üçün əyləncə təşkil olunub.

Sportfm.az xəbər verir ki, iyulun 15-də cüdo üzrə dərsi dünya və Avropa çempionu, "Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının qalibi Elxan Məmmədov aparıb.

8-18 yaş arasında uşaq və yeniyetmələrin qoşulduğu dərs 1 saatdan artıq davam edib.

Axşam saatlarında isə Mərkəzin parkında açıq havada uşaqlar üçün müxtəlif əyləncə təşkil olunub.

"The Entertainer” oyuncaq mağazasının iştirakı ilə təşkil olunan əyləncələrdə park ərazisində oyun zonası yaradılıb, müxtəlif intellektual və idman oyunları təşkil olunub. Uşaqlar, həmçinin köpük şousunda əylənib, eləcə də üzlərini arzularına uyğun şəkillərlə boyatdırıb, musiqi sədaları altında rəqs ediblər.

Oxşar xəbərlər

Rüstəm Orucov və Orxan Səfərov ingilislərə dərs keçəcəklər
Cüdo məşqçilərinə seminar keçirildi - Kata üzrə
Sumqayıtda yeni cüdo mərkəzi fəaliyyətə başladı
Heydər Əliyev Mərkəzinin parkında həndbol dərsi keçiriləcək
İslam Həmrəyliyi Oyunlarına dəstək tədbiri keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər