reklam
Məmmədyarov 6-cı sırada
Sportfm.az xəbər saytı

Məmmədyarov 6-cı sırada


Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb.

Sportfm.az xəbər verir ki, iyunun "Top-100"-ündə Azərbaycanın 4 qrossmeysteri yer alıb.

Şəhriyar Məmmədyarov 2800 reytinq xalı ilə 6-cıdır. Yığmamızın digər üzvlərindən Teymur Rəcəbov 32-ci (2724), Arkadi Naydiç 38-ci (2712), Rauf Məmmədov 63-ci (2680) yerdə qərarlaşıb. Teymur 4, Arkadi 1, Rauf 5 pillə aşağı yuvarlanıbsa, ötən ay 97-ci olan Eltac Səfərli Top-100-ü tərk edib.

Siyahıya Maqnus Karlsen (Norveç, 2822) başçılıq edir.

Çinli Yifan Hounun liderlik etdiyi (2666) qadınların cədvəlində ən güclülər arasında Günay Məmmədzadə yer alıb. O, 2393 xalla 73-cüdür.

Oxşar xəbərlər

Azərbaycan şahmatçılarının yeni mövqeyi - FİDE reytinqi
Rəcəbov irəlilədi, Məmmədyarov gerilədi - FİDE reytinqi
Məmmədyarov FIDE-nin reytinq cədvəlində yerini dəyişmədi
Məmmədyarov FİDE reytinqində mövqeyini qorudu
Şəhriyar Məmmədyarovdan tarixi göstərici

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər