Məmmədyarov FIDE-nin reytinq cədvəlində yerini dəyişmədi
Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Beynəlxalq Şahmat Federasiyasının (FIDE) reytinq cədvəlində yenə üçüncü yerdədir.
Sportfm.az xəbər verir ki, FIDE 1 oktyabr 2018-ci il tarixinə reytinq cədvəlini dərc edib. Şəhriyar Məmmədyarov bu siyahıda 1 sentyabr 2018-ci il üçün qeydə alınmış mövqeyini dəyişməyib.
Dünyanın ən güclü şahmatçılarının siyahısında birinci yerdə yenə norveçli dünya çempionu Maqnus Karlsendir (2839), ikinci yerdə amerikalı Fabiano Karuanadır (2827).
Bizim digər şahmatçımız Teymur Rəcəbov (2751) siyahıda sentyabr ayındakı vəziyyəti ilə müqayisədə bir pillə aşağı enərək 18-ci yerdə qərarlaşıb. Arkadi Naydiç (2721) 29-cu, Rauf Məmmədov (2699) 46-cı, Eltac Səfərli (2676) 67-ci, Qədir Hüseynov (2667) 74-cü yerdədir.
Rapid və blits üzrə dünyada ən güclü şahmatçıların ilk onluğunda son bir ayda dəyişiklik olmayıb.
Oxşar xəbərlər
Azərbaycanlı şahmatçılar ilk yüzlükdə
Şəhriyar yerini qorudu
FIDE reytinq cədvəlini dərc etdi
Şəhriyar Məmmədyarov FİDE-nin reytinqində ikinci pilləyə yüksəldi
Şəhriyar Məmmədyarov FIDE-nin reytinq siyahısında üçüncü yerə yüksəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR













Misli Premyer Liqası