reklam
''Bozqurd''u göstərən futbolçuya heykəl qoyuldu -
Sportfm.az xəbər saytı

''Bozqurd''u göstərən futbolçuya heykəl qoyuldu -FOTO


Məlum olduğu kimi Türkiyə yığmasının son Avropa Çempionatındakı uğurlu macərası zamanı Merih Dəmiralın hərəkəti gündəmi zəbt etmişdi.

Sportfm.az xəbər verir ki, 1/8 finalda Avstriya ilə oyunda iki qol vuran müdafiəçi qol sevinci zamanı ''bozqurd'' işarəsi göstərmişdi. UEFA isə bunun siyasi bir simvol olduğuna qərar verərək 26 yaşlı oyunçuya 2 oyunluq cəza vermişdi. Elə həmin günlərdə Bolunun bələdiyyə sədri Tanju Özcan şəhərin mərkəzində Merihin heykəlini ucaldacaqlarına söz vermişdi.

Dünən həmin heykəlin açılış mərasimi olub. Merihin bozqurd işarəsini göstərdiyi abidə Karaçayır Məhəlləsi adlanan ərazidə ucaldılıb.

Oxşar xəbərlər

Demiralın heykəli ucaldılacaq
UEFA Merih Demiralı cəzalandırdı - RƏSMİ
Türkiyə səfirinə Merih Demirala görə irad bildirildi
Demiralın işarəsi erməniləri təşvişə saldı
UEFA "bozqurd"a görə araşdırma başlatdı - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər