reklam
UEFA
Sportfm.az xəbər saytı

UEFA "bozqurd"a görə araşdırma başlatdı -FOTO


UEFA Türkiyə millisinin müdafiəçisi Merih Demiral barədə araşdırma başladıb.

Sportfm.az xəbər verir ki, buna 26 yaşlı futbolçunun Avro-2024-ün Avstriya ilə 1/8 final mərhələsinin oyununda etdiyi hərəkət səbəb olub. Məlumatı qurumun mətbuat xidməti yayıb.

Merih qol vurduqdan sonra "bozqurd" işarəsi göstərib. UEFA bunu "uyğunsuz hərəkət" hesab edib və müdafiəçi barədə İntizam Komitəsinin 31 (4) maddəsi ilə araşdırma başlanılıb. Araşdırma bitdikdən sonra əlavə məlumat veriləcək.

Qeyd edək ki, Merih Demiral Türkiyə yığmasının Avstriyanı 2:1 hesabı ilə məğlub etdiyi oyunda 2 qol vurub.
UEFA "bozqurd"a görə araşdırma başlatdı -

Oxşar xəbərlər

UEFA Merih Demiralı cəzalandırdı - RƏSMİ
Türkiyə səfirinə Merih Demirala görə irad bildirildi
Demiralın işarəsi erməniləri təşvişə saldı
Merihdən 2 rekord birdən
Merih Demiral virusa yoluxdu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər