reklam
Olimpiya qızılını qazanan idmançı Trampla Maskı məhkəməyə verdi
Sportfm.az xəbər saytı

Olimpiya qızılını qazanan idmançı Trampla Maskı məhkəməyə verdi


Boks üzrə son Olimpiadada (66 kq çəki dərəcəsində) qızıl medal qazanan qalmaqallı əlcəzairli boksçu İman Xelifin Fransa prokurorluğuna etdiyi şikayətin təfərrüatları məlum olub.

Xelif uğursuz gender testi ilə bağlı məlumat fonunda internetdə kütləvi zorakılığa görə şikayət edib.

Publika.az xəbər verir ki, bu barədə əlcəzairli idmançının vəkili danışıb. Onun sözlərinə görə, bu iddia “X” sosial şəbəkəsinə qarşı qaldırılıb. Bununla belə, şikayətdə onun iştirakını tənqid edən tanınmış simaların adı xüsusi qeyd olunur. Şikayətdə amerikalı milyarder İlon Mask, “Harri Potter”in müəllifi JK Rovlinq və ABŞ-ın keçmiş prezidenti Donald Trampın adları çəkilir.

Nəzərinizə çatdıraq ki, Olimpiadada uğursuz gender testi səbəbindən Xelif ətrafında qalmaqal yaranıb və nəticədə idmançı ictimaiyyətin kütləvi tənqidi ilə üzləşib.

2023-cü ildə əlcəzairli Beynəlxalq Boks Assosiasiyası (IBA) tərəfindən keçirilən uğursuz sınaq səbəbindən Dünya Boks Çempionatından kənarlaşdırılıb. O, boksçunun “XY (kişi) xromosomunun olması və yüksək testosteron səviyyələri” olduğunu açıqlayıb. Beynəlxalq Olimpiya Komitəsi (BOK) “biokimyəvi test standartlarının aydın olmadığını və ABB-nin qeyri-şəffaf idarə edilməsini” əsas gətirərək, Xelifi Olimpiadaya buraxıb.

Oxşar xəbərlər

Çin Olimpiya Oyunlarına 405 atletlə qatılacaq
BBA boksda medal sayının artırılmasını istədi - Paris 2024
Məşhur boksçu karyerasını bitirdi
Tokio 2020-nin təqvimində növbəti dəyişiklik edildi
1 milyon qazanan idmançımız Talassemiya Mərkəzinə yardım edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər