Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Tokio 2020-nin təqvimində növbəti dəyişiklik edildi
Tokio-2020-nin bir idman növünün proqramında dəyişiklik edilib.
Sportfm.az xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin tövsiyəsinə əsasən, Beynəlxalq Həvəskar Boks Assosiasiyası Yaponiyanın paytaxtında mübarizə aparacaq rinq ustalarının çəkiləri ilə bağlı qərar verib.
Yeni proqrama görə "Gündoğar ölkə”də də bu növ üzrə mübarizədə 13 dəst medal oynanılacaq. Ancaq növbəti olimpiadada kişi boksçular 10 deyil, 8 çəki dərəcəsində qalibi müəyyənləşdirəcəklər. Əvəzində qadın boksçularda 2 çəki dərəcəsi artırılaraq, 5-ə çatdırılıb. BOK bu qərarı gender balansının qorunması ilə izah edib.
Bununla əlaqədar AİBA tərkibindəki müvafiq komissiyalarla müzakirələr aparıb, optimal variantların tapılmasını tapşırıb. Həmin komissiyaların işinin nəticəsi isə iyulun sonunda bir araya gələcək İcraiyyə Komitəsinin illik yığıncağında müzakirəyə çıxarılacaq. Toplantıda Tokio-2020-də boks yarışlarının hansı çəki dərəcələrində olacağı təsdiqlənəcək.
Oxşar xəbərlər
Olimpiadada iki bayraqdar olacaq! - Təzad
BBA boksda medal sayının artırılmasını istədi - Paris 2024
Kişilər 7, qadınlar 6 çəkidə mübarizə aparacaq - “Paris-2024”
İcraiyyə Komitəsinin fövqəladə iclası keçiriləcək
Olimpiadanın proqramında dəyişikliklər rəsmiləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası