reklam
“Sabah” yeni baş məşqçisini rəsmən təqdim etdi
Sportfm.az xəbər saytı

“Sabah” yeni baş məşqçisini rəsmən təqdim etdi


“Sabah” komandasında yeni baş məşqçi təyinatı rəsmiləşib.
Sportfm.az xəbər verir ki, ​​​​​xorvatiyalı mütəxəssis Krunoslav Renduliçlə 1,5 illik müqavilə bağlanıb.

50 yaşlı çalışdırıcı futbolçu karyerasına Xorvatiyanın “Osiyek” klubunda başlayıb. Burda gənclər komandasında oynayan Renduliç 1994-cü ildə peşəkar karyerasına ölkənin digər təmsilçisi “Belisçe”də başlayıb. Sonradan Xorvatiyanın “Hayduk”, “Osiyek” və “Luçko” klublarında da çıxış edib.

Cinah yarımmüdafiəçisi mövqeyində oynayan Renduliç ölkə xaricində yalnız Sloveniyanın “İnterblok” komandasının şərəfini qoruyub. Futbolçu karyerasını 2014-cü ildə Xorvatiya təmsilçisi “Luçko”da başa vurub.

Məşqçi kimi İranın “Fulad” (2014-2016) və bu ölkənin əsas milli komandasında (2022) baş məşqçi Draqan Şkoçiçin köməkçisi olub. Xorvatiyada “İstra 1961” (2018/19), “Şibenik” (2019-2021), “Qoritsa” (2021-2022), Bosniya və Herseqovinada “Zrinski” (2022-2023) klublarında baş məşqçi kimi çalışıb.

Baş məşqçi kimi uğurları “Zrinski” klubunda olub. Komanda Renduliçin rəhbərliyi altında ölkə çempionatının və kubokunun qalibi olub. Xorvatiyalı mütəxəssis bu komanda ilə cari mövsümdə UEFA Konfrans Liqasının qrup mərhələsində mübarizə aparıb. E qrupunda “Aston Villa” (İngiltərə), “Legiya” (Polşa), “AZ Alkmaar” (Niderland) ilə qarşılaşan “Zrinski” 4 xalla sonuncu pillədə qərarlaşıb.

Krunoslav Renduliç 2023-cü il noyabrın 18-də “Zrinski”dən ayrılıb.

Oxşar xəbərlər

Xorvatiya millisinin sabiq üzvü "Sabah"da - TRANSFER
Kaxaber Sxadadze yenidən Azərbaycanda - TƏYİNAT
"Neftçi"də daha bir məşqçi - TƏYİNAT
"Sabah"da xorvatiyalı baş məşqçi - təyinat
“Kəpəz”də yeni təyinatlar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər