reklam
“Kəpəz”də yeni təyinatlar
Sportfm.az xəbər saytı

“Kəpəz”də yeni təyinatlar


"Kəpəz” Peşəkar Futbol Klubunda yeni təyinatlar rəsmiləşib.
 
Sportfm.az xəbər verir ki, Rəhman Əzizov klubun 13 yaşlılardan ibarət komandasının baş məşqçisi təyin olunub. Tanınmış uşaq futbol məşqçisi Konstantin Abramenkonun yetirməsi olan Əzizovun ilk peşəkar klubu "Kəpəz” olub. Gəncə təmsilçisi ilə yanaşı, sabiq hücumçu "Qəbələ”, "Bakılı”, "Şəmkir” və digər komandalarda çıxış edib. 2014-cü ildə karyerasını başa vuran Rəhman Əzizov məşqçiliyə başlayıb və C kateqoriyasına malikdir. 
Əziziov "Kəpəz”in U-13 komandasında İbrahim Hüseynovu əvəzləyib. Sonuncu isə işini U-17 komandasında davam etdirəcək. Ümumiyyətlə, Gəncə klubunda daha bir neçə dəyişiklik reallaşıb. Belə ki, 17 yaşlılardan ibarət kollektivin çalışdırıcısı Tofiq Məmmədov U-19-a köməkçi məşqçi, Fuad İsmayılov U-14 komandasına baş məşqçi təyin edilib. U-14-də işləmiş Tariyel Hüseynov isə aşağı yaş qrupları üzrə komandaların qapıçı məşqçisi olub. 

Oxşar xəbərlər

Rauf Əliyev "Qarabağ"da baş məşqçi təyin edildi
"Kəpəz"də yeni baş məşqçi - RƏSMİ
Məmmədov "Kəpəz"də uşaq futboluna nəzarət edəcək
"Kəpəz" sabiq oyunçuları ilə yollarını ayırdı
"Kəpəz"də köhnə-yeni məşqçi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər