reklam
Sportfm.az xəbər saytı

"Neftçi"də daha bir məşqçi -TƏYİNAT


“Neftçi”nin məşqçilər korpusuna daha bir təyinat olub.
Sportfm.az xəbər verir ki, baş məşqçi Adrian Mutunun seçimi və təqdimatı əsasında təcrübəli mütəxəssis Sənan Qurbanov köməkçi məşqçi təyin edilib. Onunla 2 illik müqavilə bağlanıb.
Qeyd edək ki, Sənan Qurbanov 1980-ci il avqustun 4-də anadan olub. Futbolçu kimi ölkəmizdə bir çox klubun, eləcə də Azərbaycan milli komandasının formasını geyinmiş Qurbanov 2012-ci ildə məşqçiliyə başlayıb. 2018-ci ilədək “Qəbələ”də məşqçi, 2018-2019-cu illərdə isə baş məşqçi vəzifəsində çalışmış 43 yaşlı mütəxəssis 2021-2022 illərdə “Keşlə”ni (indiki “Şamaxı”) çalışdırıb. O, 2018/19 mövsümündə “Qəbələ”yə, 2020/21-də isə “Keşlə”yə Azərbaycan Kubokunu qazandırıb.

Qeyd edək ki, baş məşqçi Adrian Mutunun digər köməkçiləri, məşqçilər korpusunun üzvləri – köməkçi məşqçi Alin-Nikolaye Çita, analitik məşqçi Aurelian-Boqdan Patraşku, fiziki hazırlıq üzrə məşqçi Miodraq Todorov və qapıçılar üzrə məşqçi Mihai-Qavril Nedebandır.

Oxşar xəbərlər

“Qəbələ”də türkiyəli məşqçi
“Neftçi”nin yeni məşqçilər heyəti müəyyənləşdi
Məmmədovun köməkçiləri məlum oldu
“Neftçi”də yeni məşqçilər - Təyinat
Mutu 4 köməkçisini Bakıya gətirdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər