reklam
Xorvatiya millisinin sabiq üzvü
Sportfm.az xəbər saytı

Xorvatiya millisinin sabiq üzvü "Sabah"da -TRANSFER


Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən klubumuz heyətini yeni futbolçu ilə gücləndirib.
Sportfm.az xəbər verir ki, xorvatiyalı dayaq yarımmüdafiəçisi İvan Lepinitsa ilə 3+1 illik müqavilə imzalanıb. 24 yaşlı futbolçu Xorvatiyanın "Slaven Belupo" klubundan transfer edilib.

İvan futbolçu karyerası ərzində Xorvatiyanın "Rieka" (2018-2023), həmçinin icarə əsasında bu ölkənin "Zadar" (2018/19), Almaniyanın "Arminiya" (2022/23) klublarında çıxış edib. Lepinitsa 2023-cü ildə "Rieka"dan "Slaven Belupo"ya keçib. Futbolçu Xorvatiya millsinin U-19, U-20 və U-21 komandalarının da şərəfini qoruyub. İvan komandamızda 13 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, "Sabah" daha əvvəl Kahim Parris və Coy-Lens Mikelsi heyətinə qatıb.

Oxşar xəbərlər

"Sabah"da yeni futbolçu - 2+1 illik müqavilə
"Dinamo"nun futbolçusu "Sabah"da - RƏSMİ
"Sabah" daha bir futbolçu aldı
“Sumqayıt”da yeni müdafiəçi - TRANSFER
“Sumqayıt”dan yeni transfer

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər