reklam
Azərbaycanlı futbolçu yenə fərqləndi
Sportfm.az xəbər saytı

Azərbaycanlı futbolçu yenə fərqləndi


Rusiya Premyer Liqasına yüksəlmək uğrunda play-off matçları davam edir. 
Sportfm.az xəbər verir ki, heyətində həmyerlimiz Azər Əliyevin çıxış etdiyi "Yenisey" komandası ilk görüşdə Tula "Arsenal"ını məğlub edib. Andrey Tixonovun rəhbərlik etdiyi "Yenisey" 20 min tamaşaçının gözü qarşısında qonaqları 2:1 hesabı ilə məğlub edib. Mövsüm ərzində 37 oyunda meydana çıxan yarımmüdafiəçi Azər Əliyev bu matçı da əvəzolunmadan keçirib. Əliyev 90-cı dəqiqədə vurulan qələbə qolunun ötürməsini də verib. 
Qeyd edək ki, komandalar arasında cavab matçı 28 mayda Tula şəhərində keçiriləcək. 
 

Oxşar xəbərlər

Əliyev oynadı, komandası qalib gəldi
Azərbaycanlı futbolçu Moskva "Spartak"ına qarşı mübarizə aparacaq - VİDEO
Azərbaycanlı futbolçu "Spartak"a qarşı!
Azərbaycanlı futbolçu yeni klubla anlaşdı
Andrey Tixonov azərbaycanlı futbolçuya inanır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər