reklam
Azərbaycanlı futbolçu
Sportfm.az xəbər saytı

Azərbaycanlı futbolçu "Spartak"a qarşı!


Rusiyanın Birinci Divizionunda yer alan "Krılya Sovetov" komandası yeni mövsümün hazırlıqlarını davam etdirir. 
Sportfm.az xəbər verir ki, Serbiyada təlim-məşq toplanışında olan Samara təmsilçisi bu gün Stara-Pazova şəhərinin "Serbiya Lyuks" stadionunda meydana çıxacaq. Həmyerlimiz Azər Əliyevin heyətində yer aldığı "Krılya Sovetov" komandası Serbiyanın "Spartak" klubu ilə üz-üzə gələcək. Bakı vaxtı ilə saat 21:00-da başlayacaq oyunda azərbaycanlı yarımmüdafiəçi start heyətində meydana çıxacaq. Bu haqda komandanın baş məşqçisi Andrey Tixonov məlumat verib. 
Qeyd edək ki, Azər Əliyev Tixonovun ən güvəndiyi futbolçulardan biri hesab olunur. 

Oxşar xəbərlər

Azərbaycanlı futbolçu "Krılya Sovetov" klubunu şikayət etdi
Azərbaycanlı futbolçu Rusiya klubunda
Rusiyada azərbaycanlıların derbisi - Azər Əliyevin komandası qalib gəldi
Azərbaycanlı futbolçu Moskva "Spartak"ına qarşı mübarizə aparacaq - VİDEO
Azərbaycanlı futbolçu yeni klubla anlaşdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər