reklam
MOK vitse-prezidenti:
Sportfm.az xəbər saytı

MOK vitse-prezidenti: "Azərbaycan Türkiyə ilə birgə Yay Olimpiya Oyunları keçirə bilər"


Bəzi növlərə bizim, bəzilərinə isə onların ev sahibliyi etməsi mümkündür
"Bakı şəhəri 2024-cü il Yay Olimpiya Oyunlarına namizədliyini verməyib. Amma 2028-ci il üçün verilə bilər. Təbii ki, bu, Milli Olimpiya Komitəsi prezidentinin qərarından asılıdır". 
Sportfm.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib. A.Rəhimovun sözlərinə görə, Azərbaycan Beynəlxalq Olimpiya Komitısinin bəzi tələblərini yerinə yetirməlidir: "Məsələn, su idman növləri üzrə bizdə tamaşaçı yeri 6 mindir. Amma tələb 18 mindir. Yəqin ki, gələcəkdə şərtlər güzəştli olacaq". 
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə isə deyib ki, bundan sonra bir olimpiadanı bir neçə ölkə keçirəcək: "Beynəlxalq Olimpiya Komitəsinin qərarına əsasən, daha Olimpiya Oyunlarını bir yox, bir neçə şəhər keçirəcək. Ola bilsin ki, gələcəkdə Türkiyə və Azərbaycan olimpiadaya birgə ev sahibliyi etsin. Bəzi növlərə biz, bəzilərinə isə Türkiyə ev sahibliyi edə bilər"(report.az).

Oxşar xəbərlər

Solt-Leyk-Siti şəhəri Qış Olimpiya Oyunlarının ev sahib ola bilər
Azərbaycan Milli Olimpiya Komitəsi beynəlxalq forumda iştirak edir
Olimpiadanı bu ölkə keçirəcək
2024-cü və 2028-ci il Yay Olimpiya oyunlarına ev sahibliyi edəcək şəhərlərin adları məlum olub
"Azərbaycanın Olimpiya oyunları keçirmək potensialı var" - Rusiya MOK prezidenti

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər