reklam
Olimpiadanı bu ölkə keçirəcək
Sportfm.az xəbər saytı

Olimpiadanı bu ölkə keçirəcək


İndoneziya 2032-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb.

Sportfm.az xəbər verir ki, İndoneziya ötən il Asiya Oyunlarının uğurlu təşkilindən sonra 2032-ci ildəki olimpiadaya ev sahibliyi etmək qərarına gəlib. Bu ölkənin İsveçrədəki səfiri Muliaman Hadad Beynəlxalq Olimpiya Komitəsinə (BOK) İndoneziya Prezidenti Coko Vidodonun adından məktub təqdim edib. O bildirib ki, BOK 2018-ci ildə Asiya Oyunlarından və Asiya Paralimpiya Oyunlarından sonra İndoneziyanın təşkilatçılıq qabiliyyətinə bələd olub.

Xatırladaq ki, Koreya Respublikası və Koreya Xalq Demokratik Respublikası da 2032-ci ildəki olimpiadaya birgə ev sahibliyi ilə əlaqədar müraciət etməyi planlaşdırır.

Oxşar xəbərlər

BOK Olimpiya Oyunlarına ev sahibi şəhəri müəyyən edəcək - 2032-ci il
İndoneziya 2032-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir
İndoneziya 2032-ci il olimpiadasına ev sahibliyi etmək istəyir
Onlarda da olimpiadaya ev sahibliyi etmək istəyir
2026-cı il Qış Olimpiya və ev sahibliyi etmək istəyən ölkələr müəyyənləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər