2024-cü və 2028-ci il Yay Olimpiya oyunlarına ev sahibliyi edəcək şəhərlərin adları məlum olub
2024-cü və 2028-ci illlərdə keçiriləcək XXXIII və XXXIV Yay Olimpiya oyunlarına ev sahibliyi edəcək şəhərlərin adları açıqlanıb.
Sportfm.az xəbər verir ki, XXXIII Yay Olimpiya Oyunları Parisdə, növbəti Olimpiada isə Los-Ancelesdə təşkil olunacaq.
Bu barədə qərar Beynəlxalq Olimpiya Komitəsinin Perunun paytaxtı Limada keçirilən 131-ci sessiyasında qəbul edilib.
Hər iki şəhərin rəsmilərini və əhalisini bu mühüm nailiyyət münasibətilə təbrik edən Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax deyib: “İki nəhəng ölkənin bu iki böyüş şəhərinin zəngin Olimpiya tarixi var. Hər iki şəhər Olimpiya ruhunun inkişafında və təbliğində fəal iştirak edirlər”.
Xatırladaq ki, Paris və Los-Anceles şəhərlərinin hər biri indiyədək iki dəfə Olimpiadaya ev sahibliyi edib. 1900-cü və 1924-cü illərdə II və VII Yay Olimpiya Oyunları Parisdə keçirilib. 1932-ci və 1984-cü illərdə isə X və XXIII Yay Olimpiya Oyunları Los-Ancelesdə təşkil olunub.
XXXII Yay Olimpiya Oyunları isə 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək.
Oxşar xəbərlər
Qış Olimpiya Oyunları bu ölkədə keçiriləcək
Milan İtaliya şəhəri ilə yarışacaq! - Olimpiada-2026
İndoneziya 2032-ci il olimpiadasına ev sahibliyi etmək istəyir
Olimpiya Oyunlarının ev sahibləri səsverməsiz təyin olunacaq
Daha 5 idman növü Yay Olimpiya Oyunlarına daxil edilə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası