reklam
Sportfm.az xəbər saytı

"Araz-Naxçıvan" - "Qarabağ" oyununun yeri dəyişdirildi


Misli Premyer Liqasının 11-ci turunun "Araz-Naxçıvan" - "Qarabağ" oyununun keçiriləcəyi məkan dəyişdirilib.
Sportfm.az xəbər verir ki, “Araz-Naxçıvan” klubu Peşəkar Futbol Liqasına rəsmi müraciət edərək qadınlar arasında Millət Liqası çərçivəsində 31 oktyabrda oynanılacaq Azərbaycan – Monteneqro matçının “Dalğa Arena”da keçirilməsi, yaranmış qrafik sıxlığı və ot örtüyünün qorunması səbəbindən görüşün Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməsini xahiş edib.

“Araz-Naxçıvan” klubunun rəsmi müraciətini, “Qarabağ” klubunun razılığını əsas götürən Peşəkar Futbol Liqası qarşılaşmanın Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməsinə qərar verib. Matç təqvimdə olduğu kimi "Araz-Naxçıvan" - "Qarabağ" oyunu kimi keçiriləcək və 30 oktyabr saat 19:00-da başlanacaq.

Oxşar xəbərlər

"Qarabağ" "Sumqayıt"ı məğlub etdi, "Araz-Naxçıvan" isə...
“Araz-Naxçıvan” “Kəpəz”ə qarşı - Misli Premyer Liqası
“Araz Naxçıvan” “Qarabağ”a qalib gəldi - Misli Premyer Liqası
“Sabah” – “Araz-Naxçıvan” matçının biletləri satışda
“Turan Tovuz” – “Araz-Naxçıvan” oyununun yeri və saatı dəyişdirildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər