reklam
Şahmatçılarımız 110 min dollarlıq turnirdə iştirak edəcək
Sportfm.az xəbər saytı

Şahmatçılarımız 110 min dollarlıq turnirdə iştirak edəcək


Azərbaycanın 5 şahmatçısı bu gün Qətərin paytaxtı Dohada start götürəcək beynəlxalq yarışda iştirak edəcək.

Sportfm.az xəbər verir ki, “Qatar Open”də Vüqar Rəsulov, Əhməd Əhmədzadə, Read Səmədov, Gülnar Məmmədova və Xanım Balacayeva mübarizə aparacaq.

155 idmançının iştirak edəcəyi turnir İsveçrə sistemi üzrə keçiriləcək.

9 turdan ibarət yarışda Maqnus Karlsen (Norveç), Hikaru Nakamura (ABŞ) və Aniş Giri (Niderland) kimi tanınmış qrossmeysterlər də gücünü sınayacaq.

Yarışın mükafat fondu 110 min dollar təşkil edir.

Oxşar xəbərlər

“Baku Open 2024”-ün mükafat fondu açıqlandı - 50 000 dollar
Şahmatçılarımız Çempionlar Turunda
Şahmatçımız “Skillinq Open”də iştirak edəcək - Mükafat fondu 1,5 milyon
Şahmatçılarımız Avropa çempionatında çıxış edəcək
Xatirə turnirində 3-cü tura yekun vuruldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər