Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Xatirə turnirində 3-cü tura yekun vuruldu
Azərbaycanın məşhur şahmatçısı, mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq şahmat turnirində üçüncü tura yekun vurulub.
Sportfm.az xəbər verir ki, Vüqar Həşimov Akademiyasında keçirilən yarışda 8-10-12 yaşadək şahmatçılar birincilik uğrunda mübarizə aparırlar.
Üçüncü turun görüşlərindən sonra Xəzər Babazadə, Aqil İsrailov, Fərid Orucov və Ayan Allahverdiyeva 1-4-cü yerləri bölüşdürürlər. Səkkiz zəka sahibinin isə hesabında 2,5 xal var.
Azərbaycan, Rusiya və Birləşmiş Ərəb Əmirliklərindən 74 şahmatçının iştirak etdiyi turnir İsveçrə sistemi üzrə 9 turdan ibarət keçirilir. Avqustun 1-dək davam edəcək yarışda Azərbaycan, dünya və Avropa birinciliklərinin mükafatçıları, beynəlxalq əmsalı 1700-dən yüksək olan şahmatçılar iştirak edirlər.
Beynəlxalq turnirin reytinq favoriti Azərbaycan şahmatçısı Xəzər Babazadədir. Yarışın baş hakimi isə beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadədir.
Oxşar xəbərlər
Azərbaycan şahmatçısı 2-ci oldu - Beynəlxalq turnir
Bu gün mərhum şahmatçımız Vüqar Həşimovun anım günüdür
Şahmatçılar arasında beynəlxalq reytinq turniri başa çatdı - FOTO
Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq şahmat turniri start götürdü
Reytinqdə yüksək yerlərdə qərarlaşan 10 qrossmeyster Azərbaycana gəlir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası