reklam
Şahmatçılarımız Çempionlar Turunda
Sportfm.az xəbər saytı

Şahmatçılarımız Çempionlar Turunda


Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində iştirak edəcək şahmatçıların adları açıqlanıb.

Sportfm.az xəbər verir ki, turnirdə Azərbaycanı Teymur Rəcəbov və ilk dəfə Şəhriyar Məmmədyarov təmsil edəcək.

IV mərhələdə 16 şahmatçının iştirakı nəzərdə tutulub. Bunlardan 14-nün adı artıq məlumdur.

Digər 2 şahmatçı isə Nils Qrandelius (İsveç), Aryan Tari (Norveç), Alan Piçot (Argentina) və Maks Varmerdamın (Niderland) iştirakı ilə bu gün keçiriləcək təsnifat yarışından sonra bəlli olacaq.

Çempionlar Turunun IV mərhələsinin digər iştirakçıları: Maqnus Karlsen (Norveç), Yan Nepomnyaşi, Sergey Karyakin, Daniil Dubov (hər üçü Rusiya), Aniş Giri, Yorden Van Forest (hər ikisi Niderland), Uesli So, Hikaru Nakamura (hər ikisi ABŞ), Maksim Vaşye-Laqrav (Fransa), David Anton (İspaniya), Levon Aronyan (Ermənistan), Alireza Firuzca (FIDE).

Qeyd edək ki, martın 13-də start götürəcək əsas mərhələnin ümumi mükafat fondu 220 min ABŞ dollarıdır. 

Oxşar xəbərlər

Rəcəbov tay-brekdə uduzdu - Çempionlar Turu
1/4 final mərhələsinə start veriləcək - Çempionlar Turu
Şahmatçılarımız dünya çempionuna qarşı - Çempionlar Turu
Şahmatçılarımız Aronyana qarşı - AFİŞA Çempionlar Turu
Məmmədyarov Aronyana rəqib oldu - Çempionlar Turu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər