reklam
Şahmatçılarımız Avropa çempionatında çıxış edəcək
Sportfm.az xəbər saytı

Şahmatçılarımız Avropa çempionatında çıxış edəcək


Azərbaycanın 10 qadın şahmatçısı bu gün Türkiyənin Antalya şəhərində start götürəcək Avropa çempionatında iştirak edəcək.

Sportfm.az xəbər verir ki, 20-ci dəfə təşkil olunacaq yarışda ölkəni Günay Məmmədzadə, Xanım Balacayeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva, Zeynəb Məmmədyarova, Ülviyyə Fətəliyeva, Türkan Məmmədyarova, Xəyalə Abdulla, Fidan Ağasiyeva və Nərmin Söyünlü təmsil edəcək.

İsveçrə sistemi ilə keçiriləcək fərdi mübarizə 11 turdan ibarət olacaq. Aprelin 23-dək davam edəcək Avropa çempionatının mükafat fondu 60 min avrodur. Qalib 10 min avro qazanacaq. Yarışda ilk 14 yeri tutacaq şahmatçılar Dünya Kubokuna vəsiqə əldə edəcəklər.

Qeyd edək ki, Avropa çempionatı Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Hələlik yarışın püşkü atılmayıb. 

Oxşar xəbərlər

Şahmat millimizin üçün heyəti - Avropa çempionatı
Azərbaycan çempionatının püşkü atıldı
Şahmatçılarımız mübarizəyə başlayır - “Sarja” kuboku
Azərbaycan və Ukrayna şahmatçıları arasında turnir keçiriləcək - Onlayn
Qadınlar arasında şahmat üzrə Avropa çempionatı başa çatdı - Fətəliyeva yeddincidir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər