Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Diniyevin "Səbail"indən tarixi rekord
“Səbail” Azərbaycan Premyer Liqasında tarixi rekorda imza atıb.
Sportfm.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, komanda ardıcıl 4 qələbə qazanmaqla buna nail olub.
Şahin Diniyevin yetirmələri “Turan Tovuz”u 3:1, “Qarabağ”ı 2:1, “Kəpəz”i 3:0, son olaraq isə 7-ci turda “Araz-Naxçıvan”ı 1:0 hesabı ilə məğlub edib. Premyer Liqada 2017/2018 mövsümündə debüt edən bakılılar bunadək heç vaxt ardıcıl 4 qələbə qazanmamışdılar.
“Səbail” həm də cari mövsümün bütün oyunlarında qol vuran yeganə komandadır. Bakılılar ardıcıl 7 matçda meydanı qolsuz tərk etməməklə klub tarixinin rekorduna imza atıblar. Əvvəlki rekord 3 il öncə qeydə alınıb. 2020/2021 mövsümündə “Səbail” ilk 6 turda qol sevinci yaşayıb.
Paytaxt təmsilçisi ilk 7 turdakı xal və qol sayında da öz rekorduna imza atıb. “Səbail” bu matçlarda 13 xal toplayıb. Paytaxt təmsilçisi 2018/2019 və 2019/2020 mövsümlərində bu qədər oyunda 10 xal yığmağı bacarıb. Komandanın 7 qarşılaşmada 12 qol vurması da klub tarixində yeni rekorddur.

Oxşar xəbərlər
“Səbail”dən tarixinin ən böyükhesablı qələbəsi
“Sabah”ın tarixində ilk məhsuldar seriya - Premyer Liqa
“Qarabağ”dan iki rekord
“Qarabağ”dan mövsümün rekordu
"Zirə"dən iki rekord birdən!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası