reklam
“Qarabağ”dan mövsümün rekordu
Sportfm.az xəbər saytı

“Qarabağ”dan mövsümün rekordu


Ağdamın “Qarabağ” klubu Topaz Premyer Liqasında ardıcıl 6-cı qələbəsini qazanıb.

Sportfm.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, IV turdan təxirə salınan səfər matçında “Səbail”i 2:0 hesabı ilə məğlub edən Qurban Qurbanovun yetirmələri qış fasiləsinə mövsümün rekord seriyası ilə yollanıb. Belə ki, 6 oyunluq qələbə seriyası cari mövsümün rekord göstəricisidir. Bunadək də rekord “Qarabağ”a məxsus idi. Ağdamlılar ilk 5 turda xal itirməmişdi. XIV turda həmin rekordu təkrarlayan komanda təxirə salınmış matçda nəticəni yeniləyib.

Qeyd edək ki, bunadək Ağdam klubu X turda “Səbail”i 1:0, XI turda “Kəpəz”i 2:0, XII turda “Sumqayıt”ı 2:0, XIII turda “Zirə”ni 3:2, XIV turda “Neftçi”ni 1:0 hesabı ilə yenmişdi.

Oxşar xəbərlər

Premyer Liqada mövsümün rekordu
“Qarabağ”ın ən uğurlu seriyası
Azərbaycan Premyer Liqasında mövsümün rekordu
"Sumqayıt"ın tarixində yeni rekord
Mövsümün ən erkən qolu Gəncədə vuruldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər