reklam
“Sabah”ın tarixində ilk məhsuldar seriya -
Sportfm.az xəbər saytı

“Sabah”ın tarixində ilk məhsuldar seriya -Premyer Liqa


“Sabah” Premyer Liqada ardıcıl ikinci qələbəsini qazanıb. VIII turda “Sumqayıt”ı 3:0 hesabı ilə məğlub edən Bakı təmsilçisi IX turda “Qəbələ”ni üstələyib – 3:1.

Sportfm.az xəbər verir ki, bu, klub tarixində 5-ci belə seriyadır. Bunadək “Sabah” 4 dəfə ardıcıl iki qələbə qazanmağı bacarıb.
Lakin əvvəlki seriyalardan yalnız birində - 2020-ci ilin sentyabrında iki matçın top fərqi indiki kimi 5-ə bərabər olub. Həmin vaxt “Qəbələ”ni 3:0, “Zirə”ni 2:0 hesabı ilə yenən paytaxt təmsilçisi rekord seriyasını bu dəfə təkrarlayıb.
Bakılılar Premyer Liqada ilk dəfə ardıcıl iki görüşdə 3 qol vurub. Tarixində cəmi 7 matçda ikidən artıq top vuran komanda bunadək heç vaxt ardıcıl məhsuldar qarşılaşma keçirməmişdi.

Oxşar xəbərlər

“Sabah”dan 3 rekord - Azərbaycan Premyer Liqası
"Neftçi" antirekorda doğru - Uğursuzluq
"Qarabağ" "Neftçi" və "Karvan"ın uğurunu təkrarladı
"Qarabağ" tarix yazdı - Bir oyunda 6 qol
Quru hesabla məğlub olmağa alışan "Sabah"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər