reklam
Hakimləri üçün praktiki seminar keçirildi
Sportfm.az xəbər saytı

Hakimləri üçün praktiki seminar keçirildi


Azərbaycan Cüdo Federasiyasının (ACF) Hakimlər Komitəsinin təşkilatçılığı ilə növbəti praktiki seminar keçirilib.

Sportfm.az xəbər verir ki, seminar ACF prezidentinin müşaviri, Hakimlər Komitəsinin sədri Natiq Bağırov, ACF-in hakimlər üzrə meneceri, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Mətin Rəhimli və Hakimlər Komitəsinin üzvü Abbas Şahverdiyevin rəhbərliyi ilə təşkil olunub.

Seminarın əsas məqsədi Bakıda keçirilmiş cüdo üzrə dünya çempionatında hakimlik təcrübəsi əsasında əldə olunan yeni biliklərin, qaydalara edilən düzəlişlərin və aktual yanaşmaların yerli hakimlərə çatdırılması olub.

Seminar zamanı dünya çempionatında qeydə alınan müxtəlif hakimlik epizodları təhlil edilib, qaydaların tətbiqi ilə bağlı yeniliklər və praktiki məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Cüdo hakimləri praktiki seminarda iştirak etdi
Cüdo hakimləri üçün seminar təşkil olundu
Hakimlər üçün seminar təşkil edildi - FOTO
Hakimlər üçün seminar keçirildi
Cüdo məşqçilərinə seminar keçirildi - Kata üzrə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər