reklam
Karateçimiz Yaponiyadakı turnirdə iştirak edəcək
Sportfm.az xəbər saytı

Karateçimiz Yaponiyadakı turnirdə iştirak edəcək


Azərbaycan millisinin karateçisi İrina Zaretska iyunun 9-da Yaponiyanın Fukuoka şəhərində start götürəcək Premyer Liqa turnirində iştirak edəcək.

Sportfm.az xəbər verir ki, bu barədə Dünya Karate Federasiyasının rəsmi tviter hesabı məlumat yayıb.

68 kq çəki dərəcəsində dünya və Avropa çempionu olmuş idmançı ötən ay Mərakeşin paytaxtı Rabatdakı eyni yarışda qızıl medal qazanıb.

Zaretska 2021-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçirilmiş Yay Olimpiya Oyunlarında gümüş medal əldə edib.

Qeyd edək ki, Fukuokadakı turnir üç gün davam edəcək.

Oxşar xəbərlər

Millimizin karateçisi Yaponiyada “bürünc” qazandı
Ağayev beynəlxalq turnirdə iştirak edəcək - Karate1 Premyer Liqa
İdmançımız Seriya A turnirində iştirak edəcək
Karate 1 Premyer Liqa seriyasına start verildi
Berlindən qızıl medalsız qayıdırıq - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər