reklam
Ağayev beynəlxalq turnirdə iştirak edəcək -
Sportfm.az xəbər saytı

Ağayev beynəlxalq turnirdə iştirak edəcək -Karate1 Premyer Liqa


Azərbaycanın titullu karateçisi Rafael Ağayevin Tokio-2020 Yay Olimpiya Oyunlarından sonra qatılacağı ilk yarışın adı bəlli olub.

Sportfm.az xəbər verir ki, 75 kq çəki dərəcəsində mübarizə aparan idmançı oktyabrın 1-də Rusiyanın paytaxtı Moskvada start götürəcək Karate1 Premyer Liqa turnirinə qatılacaq.

Üç gün davam edəcək yarışda Azərbaycan 24 idmançı ilə təmsil olunacaq. 5 dünya və 11 qat Avropa çempionunun çəkisində digər azərbaycanlı Fərid Ağayev də mübarizə aparacaq.

Bundan əlavə, ölkənin qadın karateçisi İrina Zaretska 68 kq çəkidə qüvvəsini sınayacaq.

Qeyd edək ki, Rafael Ağayev və İrina Zaretska Tokio olimpiadasında gümüş medal qazanıb.

Oxşar xəbərlər

Rafael Ağayev Tokioya yollandı - Medal olacaqmı?
Rafael Ağayev Tokioda olacaq - Rəsmiləşdi
Rafael Ağayev Tokio olimpiadasına lisenziya qazandı
Karateçimiz olimpiya lisenziyası əldə etdi
İdmançımız Seriya A turnirində iştirak edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər