reklam
Badmintonçularımız “İran Fəcr Beynəlxalq Çellenc” turnirində iştirak edəcəklər
Sportfm.az xəbər saytı

Badmintonçularımız “İran Fəcr Beynəlxalq Çellenc” turnirində iştirak edəcəklər


Badmintonçularımız fevralın 5-8-də Zəncanda keçiriləcək “İran Fəcr Beynəlxalq Çellenc” turnirində iştirak edəcəklər.

Azərbaycan Badminton Federasiyasından Sportfm.az saytına bildirilib ki, komandamız turnirdə beş badmintonçu ilə təmsil olunacaq. Orxan Qələndərov, Kənan Rzayev, Cahid Əlhəsənov, Səbuhi Hüseynov və Teymur Abbasov turnirin medalları uğrunda mübarizə aparacaqlar.

Ümumi mükafat fondu 25 min ABŞ dolları olacaq yarış şəxsi xarakter daşıyır. Sayca 25-ci dəfə keçiriləcək turnirdə, ümumilikdə 20 ölkənin təmsilçilərinin iştirakı gözlənilir.

“İran Fəcr Beynəlxalq Çellenc” turniri Beynəlxalq Badminton Federasiyasının mövcud qaydaları əsasında keçiriləcək.

Oxşar xəbərlər

İdmanımızda bir ilk
Badmintonçumuzdan tarixi lisenziya - Tokio-2020
Bakıda beynəlxalq badminton turnirinə start verildi - FOTO
Ezmi II Avropa Oyunlarına lisenziya qazandı
Bakıda beynəlxalq badminton turniri keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər