reklam
İdmançılarımız MMA üzrə beynəlxalq turnirdə iştirak edəcəklər
Sportfm.az xəbər saytı

İdmançılarımız MMA üzrə beynəlxalq turnirdə iştirak edəcəklər


Noyabrın 17-18-də Nijnevartovskda qarışıq döyüş sənətləri (MMA) üzrə “Birlik Kuboku” Beynəlxalq turniri keçiriləcək. Bu il beş illiyi tamam olan turnirdə Rusiyadan, bir sıra Avropa və Asiya ölkələrindən 100-dən çox ən güclü idmançı iştirak edir.

Sportfm.az xəbər verir ki, turnirdə Azərbaycan yığması da təmsil olunacaq. Onun əsas rəqibləri Qazaxıstan və Rusiya yığmalarıdır. Yarışda Albaniya, Yunanıstan və Qırğızıstanın güclü komandaları iştirak edirlər.

Rusiya MMA İttifaqının vitse-prezidenti Andrey Terentyev deyib: “Turnir beş il ərzində genişlənərək, açıq dairə çempionatından beynəlxalq yarışa qədər yüksəlib. Ümidvaram ki, yarışın nüfuzu artdığı kimi, iştirakçı ölkələrin də sayı ildən-ilə artacaq. Belə mükafat fondu ilə hər bir turnir öyünə bilməz. Hər bir çəki dərəcəsində qalib gələn idmançı 100 min rubl mükafat alacaq”.

A.Terentyevin sözlərinə görə, “Birlik Kuboku – 2017” turnirində nə qədər komandanın iştirak edəcəyi hələlik məlum deyil. Axı müraciətlər turnir başlayana qədər qəbul ediləcək.

Oxşar xəbərlər

Azərbaycan güləşçiləri Rusiyaya gedir - "Baikal Open - 2023"-də yarışacaqlar
Azərbaycan yığması beynəlxalq turnirdə - Beynəlxalq turnir
“Aeroflot Open–2018” turnirində ölkəmizi beynəlxalq qrossmeyster təmsil edəcək
Badmintonçularımız “İran Fəcr Beynəlxalq Çellenc” turnirində iştirak edəcəklər
Azərbaycanlı idmançı “Orion Fighter Global” turnirində

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər