Beynəlxalq turnirdə 11 ölkə iştirak edəcək
Martın 28-də Bakıda yeniyetmə boksçular arasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnir start götürəcək.
Sportfm.az xəbər verir ki, Boks Mərkəzində baş tutacaq yarış 5 gün davam edəcək.
Turnirdə Azərbaycan yığması ilə yanaşı, Rusiya, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Tacikistan, Qırğızıstan, Bosniya və Herseqovina, Belarus, İsrail və Moldova boksçuları mübarizə aparacaqlar. Komandamızın baş məşqçisi Vaqif Kazımov yarışda 40 idmançını sınaqdan keçirəcək. Turnirdə mükafatlar uğrunda ümumilikdə 100-dən artıq boksçu gücünü yoxlayacaq.
Döyüşlər saat 16:00-da başlanacaq. Yarışın ilk günü, saat 18:00-da rəsmi açılış mərasimi keçiriləcək. Martın 28-də saat 10:30-da isə Boks Federasiyasının nümayəndələri, hakimlər və xarici qonaqlar Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edəcəklər.
Yarışın baş hakimi Emil Qurbanəliyev olacaq.
Oxşar xəbərlər
2 əlcək sahibi finalda döyüşəcək
Bakıda keçiriləcək boks turnirində 11 ölkə iştirak edəcək
Heydər Əliyev kubokunun vaxtı açıqlandı
“Prezident kuboku-2022”-də 100-dən artıq idmançı mübarizə aparacaq
Bakıda boks üzrə beynəlxalq turnir davam edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası