“AAAF"ı Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çağırırıq” -Nazir danışdı
Ağırlıqqaldırma üzrə Azərbaycan yığma komandasının İrəvanda keçirilən Avropa çempionatından iştirakdan etməsi barədə xəbər vermişdik.
Sportfm.az xəbər verir ki, buna səbəb turnirin açılış mərasimində Azərbaycan bayrağının yandırılmasıdır. Gənclər və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsi bununla əlaqədar bəyənat yayıb və idmançıların vətənə qaytarılması ilə bağlı qərar qəbul edib. Gənclər və İdman Naziri Fərid Qayıbov məsələ ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib. O, idmançılarımızın oteldə saxlanıldığını və mətbuatla əlaqələrinin olmadığını yazıb:
"İrəvandakı ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı vəhşilik törədilib, Azərbaycan bayrağı yandırılıb. Bu, qəbuledilməzdir və Ermənistanın bu üzr tədbirlərə ev sahibliyi etməyə hazır olmadığının göstəricisidir. İrəvan idmançılarımızın təhlükəsizliyinə təminat verə bilmədiyindən, Azərbaycanın nümayəndə heyəti yarışa qatılmayacaq və vətənə dönəcəkləri gözlənilir. Ermənistan idmançılarımızın vətənə təhlükəsiz qayıtmasını təmin etməlidir. Lakin indi onlar oteldən çıxa bilmirlər, mediaya da çıxışları yoxdur. Həmçinin, Avropa Ağır Atletika Federasiyasını Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çağırırıq. Bu hadisə onu göstərir ki, Ermənistan beynəlxalq idman yarışlarını keçirmək və idmançıların təhlükəsizliyini təmin etmək iqtidarında deyil".
Oxşar xəbərlər
Dünya çempionatı Ermənistana verilməyəcək - TƏXRİBAT
İrəvandakı təxribata görə bayraq qadağası
Azərbaycan idmançıları Ermənistanı tərk etdi
İdman jurnalistləri bəyanat qəbul etdi
Millimiz Avropa çempionatında iştirakdan imtina etdi - Ermənistanda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
30-cu turun oyun cədvəli açıqlandı - Premyer Liqa
-
Həftənin rəmzi komandası açıqlandı - Çempionlar Liqası
-
"Mingəçevir" 2-ci pilləyə yüksəldi - I Liqa
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
AFFA-dan maliyyə menecerləri üçün seminar















Misli Premyer Liqası