reklam
Azərbaycan idmançıları Ermənistanı tərk etdi
Sportfm.az xəbər saytı

Azərbaycan idmançıları Ermənistanı tərk etdi


Yerevanda keçirilən Avropa çempionatından geri çağırılan azərbaycanlı ağır atletlər artıq Ermənistanı tərk ediblər.

Sportfm.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”-a Ermənistanın idman nazirinin müavini Karen Giloyan məlumat verib:

“Azərbaycan idmançıları artıq Ermənistan sərhədini keçiblər”.

Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində ermənilərdən biri bayraqdarın əlindən Azərbaycan bayrağını götürüb və yandırıb.

Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsi bu gün bəyanat yayaraq, azərbaycanlı idmançıların təhlükəsiz şəraitdə vətənə qaytarılmasını qarşı tərəfdən tələb ediblər.

Oxşar xəbərlər

Azərbaycan ağırlıqqaldıranları Vətənə qayıtdı
Ermənistanda Türkiyə himni səsləndi - Avropa çempionatı
İdman jurnalistləri bəyanat qəbul etdi
“AAAF"ı Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çağırırıq” - Nazir danışdı
Millimiz Avropa çempionatında iştirakdan imtina etdi - Ermənistanda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər