reklam
İrəvandakı təxribata görə bayraq qadağası
Sportfm.az xəbər saytı

İrəvandakı təxribata görə bayraq qadağası


Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) idmançılara mükafatandırmaya öz ölkələrinin bayraqları ilə gəlməsinə qadağa qoyub.

Sportfm.az xəbər verir ki, bu haqda IWF prezidenti Məhəmməd Calud "Inside the Games" portalına bildirib. Qurum Ermənistanda keçirilən Avropa çempionatının açılış mərasimi zamanı Azərbaycanın bayrağının yandırılmasından sonra belə qərar verib. Bundan başqa, 2022-ci ildə Albaniyada təşkil olunan yeniyetmələrin Avropa çempionatının mükafatlandırma məraasimi zamanı Ermənistan idmançısı tərəfindən Türkiyə bayrağına qarşı təxribat törədilib. Qərar verilərkən bu iki fakt əsas götürülüb.

Qərara əsasən, bundan sonra ağır atletika üzrə dünya və Avropa çempionatı zamanı medal qazanan idmançıların öz ölkələrinin bayraqları ilə mükafatlandırmaya gəlməsinə icazə verilməyəcək. Dövlət himni səsləndirilərkən bayraqlar yalnız zalda quraşdırılan monitorda nümayiş etdiriləcək. 

Xatırladaq ki, ötən ay İrəvanda keçirilən Avropa çempionatının açılışı zamanı Azərbaycan dövlət bayrağı yarışa akkreditasiya olunan bir erməni millətçisi tərəfindən yandırılıb. Buna etiraz olaraq, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin birgə qərarı ilə Azərbaycan millisi Avropa çempionatını tərk edib.

 

Oxşar xəbərlər

Dünya çempionatı Ermənistana verilməyəcək - TƏXRİBAT
Ermənistanda Türkiyə himni səsləndi - Avropa çempionatı
Azərbaycan idmançıları Ermənistanı tərk etdi
“AAAF"ı Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çağırırıq” - Nazir danışdı
Millimiz Avropa çempionatında iştirakdan imtina etdi - Ermənistanda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər