reklam
Qadınlar arasında şahmat üzrə Avropa çempionatı başa çatdı -
Sportfm.az xəbər saytı

Qadınlar arasında şahmat üzrə Avropa çempionatı başa çatdı -Fətəliyeva yeddincidir


Antalyada qadın şahmatçılar arasında Avropa çempionatı başa çatıb.

Sportfm.az xəbər verir ki, Rusiya təmsilçisi Alina Kaşlinskaya 8 xalla turnirin qalibi olub. Onunla eyni xala malik olan fransalı Marie Sebaq ikinci, almaniyalı Elizabet Pets üçüncü yeri tutub.

Onlardan cəmi yarım xal geri qalan Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva yeddinci pillədə qərarlaşıb. Digər şahmatçılarımız - Türkan Məmmədyarova, Günay Məmmədzadə 7, Xanım Balacayeva 6,5, Gülnar Məmmədova 6, Xəyalə Abdulla, Gövhər Beydullayeva 5,5, Nərmin Söyünlü 5, Zeynəb Məmmədyarova, Fidan Ağasıyeva 4,5 xal toplayıblar.

On bir turdan ibarət yarışda 32 ölkədən 130-dan çox şahmatçı mübarizə aparıb.

Oxşar xəbərlər

Ən yaxşı nəticəyə Gülnar Məmmədova imza atdı
Qalib bu gün müəyyənləşəcək - Azərbaycan çempionatı
Rusiya və Fransa bizdən üstün oldu - Dünya çempionatı
Azərbaycan və Ukrayna şahmatçıları arasında turnir keçiriləcək - Onlayn
Şahmatçılarımız Avropa çempionatında çıxış edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər