reklam
Beydullayeva zəkasını işlətdi -
Sportfm.az xəbər saytı

Beydullayeva zəkasını işlətdi -Avropa çempionatı


Petrovaçda (Monteneqro) qadınlar arasında şahmat üzrə Avropa çempionatı davam edir.

Sportfm.az xəbər verir ki, AÇ-də 14 azərbaycanlı iti zəka sahibi iştirak edir. Bunlar Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Xəyalə Abdulla, Səbinə İbrahimova, Ayan Allahverdiyeva, Ləman Hacıyeva, Nərmin Abdinova, Mələk İsmayıl, Nazlı Hümbətova və Lalə Hüseynovadır.

Yarış İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və yayda Bakıda keçiriləcək Dünya Kubokuna seçim xarakteri daşıyır. Gülnar Məmmədova, Günay Məmmədzadə və Ülviyyə Fətəliyeva ötən illərin qitə birinciliklərinin nəticələrinə görə Dünya Kubokuna vəsiqə qazanıblar. Gövhər Beydullayeva isə gənclər arasında dünya çempionatının qalibi kimi bu hüquqa yiyələnib.

Qeyd edək ki, ötən il Avropa çempionatında Məmmədzadə gümüş, Fətəliyeva isə bürünc medal qazanıb.

Yarışda ötən gün 9-cu turun görüşləri keçirilib.

Avropa çempionatı
IX tur

Gövhər Beydullayeva - Yelizaveta Xrebenşçikova (Ukrayna) 1:0
Günay Məmmədzadə - Salomea Zaksaite (Litva) 1:0
Aleksandra Lax (Polşa) - Gülnar Məmmədova 0,5:0,5
Karina Sifka (Polşa) - Xəyalə Abdulla 1:0
Yevgeniya Ovod (FİDE) - Türkan Məmmədyarova 0,5:0,5
Sofiya Poqorelskix (Serbiya) - Ülviyyə Fətəliyeva 0:1
Nərmin Abdinova - Vaida Lazarne (Macarıstan) 0:1
Səbinə İbrahimova - Nikolina Kolzeviç (Monteneqro) 0:1
Nikola Mayhuber (Avstriya) - Mələk İsmayıl 1:0
Emma Valter (Sloveniya) - Ayan Allahverdiyeva 1:0
Ləman Hacıyeva - Aqnes Ter-Avetisyan (Latviya) 0,5:0,5
Lalə Hüseynova - Yekaterina Pavlidu (Yunanıstan) 0:1
İona Reçika (Kosovo) - Nazlı Hümbətova 0:1

Turnir cədvəli: 1. Aleksandra Maltsevskaya (Polşa), 2. Meri Arabidze (Gürcüstan), 3. Oliviya Kiolbasa (Polşa) - hərəyə 7 xal. 16. Beydullayeva - 6 xal.

Oxşar xəbərlər

Ən yaxşı nəticəyə Gülnar Məmmədova imza atdı
Şahmat millimizin üçün heyəti - Avropa çempionatı
Qalib bu gün müəyyənləşəcək - Azərbaycan çempionatı
Azərbaycan çempionatının püşkü atıldı
Şahmatçılarımız Avropa çempionatında çıxış edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər