Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Vaxt gəlib çatdı, gedirəm. Çox sağ, futbol!" -Joao Miranda
Braziliya millisinin sabiq futbolçusu Joao Miranda peşəkar karyerasını başa vurub.
Sportfm.az xəbər verir ki, bu barədə 39 yaşlı mərkəz müdafiəçisi özünün tviter səhifəsində paylaşım edib.
"Vaxt gəlib çatdı, gedirəm. Mənə dəstək olan hər kəsə xüsusi təşəkkür edirəm. Çox sağ, futbol!", - "sambaçı" yazıb.
Qeyd edək ki, "San-Paulu"nun heyətində üçqat Braziliya çempionu olan Joao Miranda Madrid "Atletiko"su ilə İspaniya La Liqasını, Kral Kubokunu və Superkubokunu, Avropa Liqasını və UEFA Super Kubokunu qazanıb, həmçinin Çempionlar Liqasının finalında oynayıb. Yığma ilə Amerika Kubokunda qələbə sevinci yaşayan veteran futbolçu İtaliyada "İnter"in də formasını geyinib.
Oxşar xəbərlər
Daha bir ulduz futbol səmasından getdi
Millinin sabiq futbolçusu karyerasını bitirdi - 41 yaşında
Ramos "Real"dan getdi - RƏSMİ
Ciddədə qazanan Braziliya oldu
İngiltərərnin əfsanəvi futbolçusu karyerasını bitirdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası