Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Millinin sabiq futbolçusu karyerasını bitirdi -41 yaşında
Braziliya millisinin sabiq futbolçusu Luis Fabiano karyerasını başa vurub.
Sportfm.az xəbər verir ki, 41 yaşlı hücumçu bu barədə instagram hesabından paylaşım edib.
Forvard səhhətindəki problem ucbatından bu addımı atdığını yazıb: "Son 4 il ərzində ən sevdiyim işi davam etdirmək üçün çox əziyyət çəkdim. Uzunmüddətli müalicə, məşq, iki əməliyyat... Amma hələ də bu döyüşdə qalib gəlməmişəm".
Qeyd edək ki, Luis Fabiano son olaraq ölkəsində "Vasko da Qama"nın formasını geyinib. O, 2005 - 2011-ci illərdə İspaniyanın "Sevilya" klubundakı çıxışı ilə məşhurlaşıb. Fabiano bu komanda ilə iki dəfə (2005/2006, 2006/2007) UEFA Kubokunu (hazırkı Avropa Liqası) qazanıb.
Oxşar xəbərlər
Məşhur futbolçu karyerasını bitirdi - 34 yaşında
Millinin sabiq üzvü karyerasını bitirdi
Suares Braziliya klubu ilə anlaşdı
Avropa Liqasının ikiqat qalibi karyerasını başa vurdu
Əfsanəvi futbolçu karyerasını başa vurdu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası