reklam
Federasiya prezidenti istefaya göndərildi
Sportfm.az xəbər saytı

Federasiya prezidenti istefaya göndərildi


Fransa Futbol Federasiyasının (FFF) prezidenti Noel Le Qre tutduğu vəzifədən uzaqlaşdırılıb. 

Sportfm.az xəbər verir ki, bu barədə qərar çərşənbə günü FFF İcraiyyə Komitəsinin fövqəladə iclasında qəbul edilib.Federasiyanın rəhbəri vəzifəsini müvəqqəti olaraq qurumun vitse-prezidenti Filip Diallo icra edəcək.

 

Fransanın idman naziri Ameli Udea-Kasteranın tapşırığı ilə FFF-nin ümumi idarəçiliyi ilə bağlı audit yoxlamasına qədər Le Qrenin fəaliyyəti dayandırılıb.

Xatırladaq ki, daha əvvəl Le Qre müsahibələrinin birində Fransa millisinin keçmiş futbolçusu Zinəddin Zidanla bağlı sualı cavablandıraraq, Zidan ona zəng etsə, telefona cavab verməyəcəyini bildirmişdi. Le Qre daha sonra keçmiş futbolçudan üzr istəyib. Həmçinin futbol agenti Sonia Suid onu cinsi təcavüzdə ittiham edib.

Oxşar xəbərlər

Xəlilov vəzifəsindən uzaqlaşdırıldı
"Zidan mənim ona nə qədər hörmət bəslədiyimi bilir” - Federasiya prezidenti
Kobiaşvili yenidən futbol federasiyasının prezidenti oldu
İspaniya Futbol Federasiyasının prezidenti istefaya göndərildi
Güləş Federasiyasının I vitse-prezidenti işdən çıxarıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər