reklam
Güləş Federasiyasının I vitse-prezidenti işdən çıxarıldı
Sportfm.az xəbər saytı

Güləş Federasiyasının I vitse-prezidenti işdən çıxarıldı


Azərbaycan Güləş Federasiyasının (AGF) rəhbərliyində kadr dəyişikliyi aparılıb.

Sportfm.az xəbər verir ki, Federasiyanın Prezidenti Fazil Məmmədovun müvafiq əmri ilə Federasiyanın I vitse-prezidenti Namiq Əliyev tutduğu vəzifədən azad edilib.

Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti vəzifəsinin icrası müvəqqəti olaraq Ələkbərov Sahib Nurəddin oğluna həvalə edilib.

Qeyd edək ki, Namiq Əliyev 2007-ci ildən Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti idi. O, həmçinin, 2010-cu ildən FİLA (Beynəlxalq İdman Güləşi Federasiyası) İcraiyyə Komitəsinin üzvüdür.

Xatırladaq ki. bir müddət əvvəl Azərbaycanda bir qrup tanınmış güləşçi əmək haqlarının vaxtında verilməməsindən kütləvi şikayətlə çıxış etmişdilər.

Oxşar xəbərlər

Fərid Mansurov yenidən güləşdə - Seçki
Güləş Federasiyasının yeni prezidenti bilindi
Azərbaycanda bu federasiyanın vitse-prezidenti həbs edildi - FOTO
Firdovsi Umudova daha bir vəzifə həvalə edildi
Kəmaləddin Heydərov Dünya Taekvando Federasiyasının vitse-prezidenti təyin edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər