reklam
AFFA
Sportfm.az xəbər saytı

AFFA "Sabah"ı razı saldı


Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Neftçi" ilə cavab görüşündə "Sabah" klubunun futbolçularına kəsilmiş cəza yumşaldılıb. 
Sportfm.az xəbər verir ki, Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarından verilmiş şikayəti təmin edib. 
İntizam Komitəsinin Aleksey İsayev barəsində 2 oyun şərti olmaqla 4 oyun kənarlaşdırma cəzası 1 oyun şərti olmaqla 2 oyunluq kənarlaşdırma cəzası ilə,
kluba verdiyi 3 200 manat cərimə cəzası 1 600 manat məbləğində cərimə cəzası ilə, 
qapıçı Səlahət Ağayevə 3 oyun şərti olmaqla 6 oyunluq kənarlaşdırma cəzası 2 oyun şərti olmaqla 4 oyunluq kənarlaşdırma cəzası ilə,
kluba verilən 4 800 manat cərimə cəzası isə 3 200 manat məbləğində cərimə cəzası ilə,
legioner Zurab Oçiqava barəsində 3 oyun şərti olmaqla 6 oyunluq kənarlaşdırma cəzası 2 oyun şərti olmaqla 4 oyunluq kənarlaşdırma cəzası ilə,
klub barəsində 6 400 manat məbləğində cərimə cəzası isə 3 200 manat məbləğində cərimə cəzası ilə əvəz edilib.
Qərar 30 gün ərzində tərəflərə göndərilməlidir.

Oxşar xəbərlər

“Mingəçevir”in şikayəti təmin edilmədi
“Neftçi”nin baş məşqçisi bağışlanmadı - Qərar
Abasovun cəzası yüngülləşdirildi - QƏRAR
AFFA "Qəbələ"nin şikayətini təmin etdi
AFFA "Sumqayıt"ın şikayətini təmin etdi - Qərar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər