reklam
“Zirə”nin şikayəti qismən təmin edildi
Sportfm.az xəbər saytı

“Zirə”nin şikayəti qismən təmin edildi


AFFA Apellyasiya Arbitraj Tribunalının qərarları açıqlayıb.
Sportfm.az xəbər verir ki, "Zirə"nin, futbolçusu Vladislav Kulaçın Premyer Liqasının 12-ci turunda "Sabah"la görüşdə qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəzalandırılması ilə bağlı şikayəti qismət təmin edilib. Hücumçunun diskvalifikasiya müddəti azaldılıb. Ona bir matçlıq cəza verilib, digər üç qarşılaşma isə şərti kimi nəzərə alınıb. Ukraynalı forvarda üç aylıq sınaq müddəti təyin olunub.
Bundan əlavə, "Sumqayıt"ın şikayəti təmin edilməyib. "Neftçi" ilə XIII tur görüşündə etdiyi hərəkətə görə qırmızı alan "gənclik şəhəri" təmsilçisinin baş məşqçisi Samir Abasovun 3 oyunluq cəzası və klubun 1000 manat məbləğində cərimə edilməsi qüvvədə qalıb.

Oxşar xəbərlər

"Turan Tovuz"un şikayəti təmin edilmədi
“Sabah”ın şikayəti qismən təmin edildi - Qərar
“Zirə”nin şikayəti təmin edildi - Qərar
AFFA "Sumqayıt"ın şikayətini təmin etdi - Qərar
"Qəbələ"nin şikayəti təmin edilmədi - Qərar qüvvədə saxlanıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər