reklam
Futbol oyunlarının sayı azala bilər
Sportfm.az xəbər saytı

Futbol oyunlarının sayı azala bilər


Avropa Klublar Assosiasiyası (ECA) FİFA və UEFA-nı beynəlxalq oyunların sayını azaltmağa çağırıb. 
 
Sportfm.az xəbər verir ki, bu barədə Yunanıstanın paytaxtı Afinada keçirdiyi mətbuat konfransında ECA-nın prezidenti Karl-Haynts Rummenigge açıqlama verib. O, məsələni qurumun Baş Assambleyasında müzakirə etdiklərini bildirib. Almaniyalı funksionerin fikrincə, beynəlxalq matçların sayının azaldılması oyunçuları müdafiə etmək üçün lazımdır: "Biz siyasət yox, futbol barədə daha çox düşünməliyik". 
 
Qeyd edək ki, ECA Avropa səviyyəsində futbol klublarının maraqlarını birbaşa müdafiə edən yeganə müstəqil orqandır. Assosiasiyanın məqsədi klubların futbolda aparıcı rolunu əks etdirən yeni, daha demokratik idarəçilik modeli yaratmaqdan ibarətdir. 

Oxşar xəbərlər

FİFA prezidenti sərt danışdı: "Daha sərt olmalıyıq"
"Qəbələ" rəsmisi beynəlxalq qurumda təyinat aldı
Sərbəst yürüşlərin sayı azaldılır - Domenikali açıqladı
UEFA prezidentindən açıqlama - AVRO-2020 ilə bağlı
Avropa Liqasında klubların sayı azaldıla bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər