Sərbəst yürüşlərin sayı azaldılır -Domenikali açıqladı
"Formula 1" rəhbərliyi dünya çempionatının mərhələlərində sərbəst yürüşlərin sayını azaltmaq istəyir.
Sportfm.az xəbər verir ki, bu barədə qurumun prezidenti Stefano Domenikali mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Qran prilərdə sərbəst yürüşlərin sayını azaltmaq lazımdır: "Azərkeşlər nöqteyi-nəzərindən düşünürəm ki, hər gün trasda nələrsə uğrunda mübarizənin olması vacibdir. Test yürüşləri mühəndislər və pilotlar üçün maraqlıdır. Lakin bu, idman növüdür və burada yarışmaq lazımdır. Cümə günü bir sərbəst yürüşün tərəfdarıyıq".
Domenikali növbəti mövsümdən sprint yarışlarının sayının 3-dən 6-ya çatdırmaq istədiklərini də vurğulayıb.
Qeyd edək ki, hazırda bütün Qran prilər 3 sərbəst yürüşdən ibarətdir.
Oxşar xəbərlər
Azərbaycan Qran Prisinin proqramı dəqiqləşdi - Formula 1
Qran-pridə ikinci gün başlayır - Formula 1
İkinci sərbəst yürüş başladı - Formula 1
Azərbaycan Qran-prisi başlayır - Formula 1
Formula 2: Sərbəst yürüşlərdə ən yaxşı pilotlar məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası